• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan və Özbəkistan parlamentarilərinin onlayn görüşü keçirildi

Oktyabr 3, 2025
A A

Oktyabrın 2-də Azərbaycan və Özbəkistan parlamentlərindəki qarşılıqlı dostluq qruplarının onlayn görüşü keçirilib.

Globalart.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Milli Məclisin İntizam komissiyasının sədri, parlamentin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov görüşdə çıxış edib. Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibəti ilə təbriklərini çatdıran komissiya sədri bildirib ki, prezidentlərimiz arasındakı qardaşlıq münasibətləri və fəal siyasi dialoq sayəsində bu gün bir çox sahələrdə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf etməkdədir. Eldar İbrahimov yüksək səviyyəli əlaqələrin parlament müstəvisində də uğurla davam etdirildiyini deyərək, parlamentlərimiz arasında qurulan səmərəli əməkdaşlıq münasibətləri, parlamentarilərimizin beynəlxalq təşkilatlarda və digər platformalarda birgə fəaliyyəti barədə fikirlərini bölüşüb.

Tədbirdə Özbəkistan Ali Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun həmsədrləri – senator Odiljon Mamatkarimov və deputat Alişer Kodirov çıxış edərək dövlət başçılarımızın siyasi iradəsi sayəsində möhkəm dostluq və qardaşlıq üzərində qurulan Azərbaycan-Özbəkistan münasibətlərinin genişləndirilməsi, bu istiqamətdə parlamentlərimizin verə biləcəyi töhfələr barədə danışıblar.

Sonra hər iki tərəfdən parlamentlərarası əlaqələr üzrə qrupların üzvləri – Musa Quliyev, Günay Əfəndiyeva, Elman Nəsirov və Munojat Yolçuyeva qanunvericilik orqanlarında dostluq qruplarının qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, parlament strukturları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin inkişaf etdirilməsi barədə düşüncələrini bildiriblər.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Videokonfransda Milli Məclisin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü  Aydın Hüseynov, Özbəkistan Ali Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.