Azərbaycanda “Bayraktar”-ların istehsalına başlanılıb
A
A
Globalart.az “Haqqın.az”a istinadən xəbər verir ki, Türkiyənin Baykar Makina şirkətinin törəmə müəssisəsi olan Bayraktar Teknoloji Azerbaycan ölkəmizdə PUA istehsalına başlayıb.
Zavod Sumqayıt Sənaye Parkının ərazisində yerləşir və cari ilin may ayında rezident statusu alıb. Hazırda istehsal olunan məhsullar daxili bazar üçün nəzərdə tutulub.
Globalart.az
