• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycanda səhiyyə sahəsində mühüm yenilik baş verib

Sentyabr 25, 2025
A A

Azərbaycanda səhiyyə sahəsində mühüm yenilik baş verib – Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində ilk dəfə olaraq robot-assistentli laparoskopik əməliyyat uğurla icra olunub.

Globalart.az   xəbər verir ki, bu barədə məlumatı Səhiyyə Nazirliyi yayıb. Əməliyyatın həyata keçirilməsi ölkə səhiyyəsi üçün yeni mərhələnin başlanğıcı və perspektivli bir inqilabi addım kimi dəyərləndirilir.

Çin Xalq Respublikasının “Kangduo” şirkəti tərəfindən təqdim edilən robotik cihaz ilk dəfə olaraq Milli Onkologiya Mərkəzində quraşdırılıb. Əməliyyata hazırlıq məqsədilə mərkəzin həkimləri və tibb heyəti üçün Çindən və Qazaxıstandan dəvət olunmuş mütəxəssislərin iştirakı ilə xüsusi təlimlər keçirilib.

İlk əməliyyat – robot-assistentli histerektomiya olub. Onun başlanğıc mərhələsini mərkəzin baş direktoru, akademik Cəmil Əliyev icra edib, daha sonra əməliyyat Milli Onkologiya Mərkəzinin ixtisaslı həkimləri tərəfindən uğurla davam etdirilib.

Sentyabrın 24-də səhiyyə naziri Teymur Musayev Milli Onkologiya Mərkəzində olub, robot-assistentli cərrahiyyə prosesini izləyib və görülən işlərlə tanış olub. Akademik Cəmil Əliyev naziri mərkəzdə aparılan elmi-tədqiqat işləri və nanotexnologiyaların tətbiqi barədə məlumatlandırıb.

Qeyd olunub ki, hazırda bu texnologiya sayəsində dünyanın müxtəlif ölkələrindən aparıcı mütəxəssislər onlayn formada real əməliyyatlarda iştirak edə bilirlər. Bu isə xəstələrə minlərlə kilometr uzaqdan belə operativ tibbi yardım göstərmək imkanı yaradır.

Milli Onkologiya Mərkəzində yaxın vaxtlarda ginekologiya, urologiya, abdominal cərrahiyyə və koloproktologiya sahələrində də robotik əməliyyatların həyata keçirilməsi planlaşdırılır.

Nazir Teymur Musayev bildirib ki, Azərbaycan səhiyyəsində mühüm bir ilkə imza atılıb:

“Bu gün biz müasir standartlara cavab verən əməliyyatxanada ən yeni avadanlıqla icra olunan əməliyyat prosesini izlədik. Bu, ölkəmiz üçün əlamətdar hadisədir. Başda akademik Cəmil Əliyev olmaqla, Milli Onkologiya Mərkəzinin kollektivini ürəkdən təbrik edirəm”.

Nazir əlavə edib ki, Azərbaycanda səhiyyə sahəsində ən müasir texnologiyaların tətbiqi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir.

O, həmçinin vurğulayıb ki, robotik cərrahiyyə tibbin ən yüksək texnologiyaya əsaslanan sahəsidir və milli kadrların hazırlanması bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Milli Onkologiya Mərkəzi bu sahədə mütəxəssislərin yetişdirilməsində əsas mərkəzə çevriləcək və gələcəkdə digər tibb müəssisələrində də bu metod tətbiq olunacaq.

Nazir, ixtisasca uroloq kimi, əməliyyatı yaxından izlədiyini bildirib:

“Bu gün icra edilən əməliyyat radikal prostatektomiya idi. Robotik üsulun tətbiqi ilə belə əməliyyatlar həm minimal invaziv, həm də orqan qoruyucu xarakter daşıyır. Pasiyentlər çox qısa müddətdə normal həyata qayıda bilirlər. Bu, səhiyyəmiz üçün qürurverici nailiyyətdir. Əməliyyatı icra edən həkimlər xüsusi hazırlıq kursu keçiblər və yaxın zamanda digər mərkəzlərin mütəxəssislərinin də burada təlim almaları təmin ediləcək”.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.