• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

AZAL-ın Strateji Yol Xəritəsinin hazırlanacağı vaxt məlum olub

Fevral 25, 2026
A A

Hazırda “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Strateji Yol Xəritəsinin hazırlanması üzrə işlərin cari ilin II rübündə yekunlaşdırılması planlaşdırılır.

Fortunamag.az “Report.az”a istinadən xəbər verir ki, hazırda AZAL öz strateji inkişaf prioritetlərinə uyğun olaraq orta və uzunmüddətli dövrü əhatə edən Strateji Yol Xəritəsinin hazırlanması üzərində çalışır: “Bu proses çərçivəsində AZAL beynəlxalq təcrübəyə malik xarici konsaltinq şirkətlərindən biri ilə sıx əməkdaşlıq edir və 2027-2032-ci illəri əhatə edən ətraflı Strateji Yol Xəritəsi formalaşdırılır. Hazırlanan Strateji Yol Xəritəsi AZAL-ın gələcək illər üçün inkişaf trayektoriyasını, şəbəkə və donanma strategiyasını, sərnişin axınlarının proqnozlarını, maliyyə dayanıqlığını və əməliyyat səmərəliliyini əhatə edir”.

Plan çərçivəsində “Azərbaycan Hava Yolları”nın mövcud donanmasının mərhələli şəkildə genişləndirilməsi və 2032-ci ilədək hava gəmilərinin sayının 50-dən artıq olması hədəflənir. Bildirilir ki, bununla paralel olaraq uçuş şəbəkəsinin genişləndirilməsi, yeni istiqamətlərin açılması və ümumi uçuş marşrutlarının sayının 80-ə çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, AZAL-ın parkında “Boeing 767-300”, “Boeing 787-8 Dreamliner”, “Airbus A320neo”, “Airbus A-319” və “Embraer E-190” tipli 27 təyyarə mövcuddur. Donanmanın unifikasiyası çərçivəsində aviaşirkət gələcəkdə yalnız iki növ hava gəmisindən istifadə edəcək – dar gövdəli “Airbus A320 Neo” ailəsi təyyarələri və geniş gövdəli “Boeing 787 Dreamliner”.

Fortunamag.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.