• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azercell və Amazon Web Services əməkdaşlığı genişlənir

Oktyabr 9, 2025
A A

7 oktyabr 2025-ci il tarixində Azercell rəhbərliyi ilə Amazon Web Services (AWS) nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və yeni qarşılıqlı fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi müzakirə olunub.

Globalart.az Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə əsas müzakirə mövzuları sırasında süni intellekt əsaslı lokallaşdırılmış həllərin hazırlanması, infrastruktur layihələri — o cümlədən Direct Connect (xüsusi şəbəkə bağlantısı) və digər texnoloji təşəbbüslər yer alıb.

Amazon şirkəti Azercell-in rəqəmsal transformasiya sahəsindəki səylərini dəstəkləməyə hazır olduğunu bildirib. Bu çərçivədə rəqəmsal bazarın inkişafı, yeni tərəfdaşların cəlb olunması və innovasiyaların təşviqi kimi məsələlərə xüsusi diqqət yetirilib.

Görüş zamanı kibertəhlükəsizlik, süni intellekt strategiyası və innovativ texnologiyalar üzrə ixtisaslaşmış sessiyalar da təşkil edilib.

Tərəflər bu tərəfdaşlığın ölkənin rəqəmsal ekosisteminin gücləndirilməsi yolunda mühüm addım olduğunu vurğulayıblar.

Qeyd edək ki, Amazon Web Services dünyada ən iri və geniş miqyaslı qlobal infrastruktur şəbəkəsinə malikdir. Şirkətin unikal şəbəkə arxitekturası müştərilərə bulud, lokal və ya periferiya cihazlarında fəaliyyət göstərən tətbiqlər üçün misilsiz miqyaslana bilənlik, yüksək performans və etibarlılıq təmin edir.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.