• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə Komissiyanın növbəti iclası keçirilib

Fevral 24, 2026
A A

Energetika Nazirliyində “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Globalart.az Azərbaycan Respublikası Energetika Nazirliyinə istinadən xəbər verir ki, energetika nazirinin müavini Elnur Soltanov bərpa olunan enerji ilə bağlı uğurla icra edilmiş layihələri qeyd edib, “yaşıl enerji”nin ölkəmizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və ixrac potensialının artırılmasında rolunu vurğulayıb. Bildirilib ki, son illər bu sahədə özəl investisiya cəlbi istiqamətində mühüm addımlar atılıb, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq genişləndirilib və nəticədə bir sıra iri həcmli layihələr uğurla reallaşdırılıb.

İclasda Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev tərəfindən 2025-ci il ərzində bərpa olunan enerji layihələri ilə bağlı görülmüş işlər və gələcək planlara dair təqdimat edilib. İstismara verilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası və 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası kimi strateji əhəmiyyətli layihələrin ölkənin enerji balansında bərpa olunan mənbələrin payının artmasında əhəmiyyətli rol oynadığı diqqətə çatdırılıb. Bununla yanaşı, “yaşıl enerji” dəhlizləri və “yaşıl enerji” zonaları istiqamətlərində həyata keçirilən tədbirlər, işlərin gedişatı və gələcək perspektivlərə dair məruzələr dinlənilib. Qeyd olunub ki, həyata keçirilən layihələr ölkəyə əlavə investisiyaların cəlb olunmasına, yeni iş yerlərinin yaradılmasına və regionların dayanıqlı inkişafına mühüm töhfə verir.

“Azərenerji” ASC-nin İdarə heyətinin sədr müavini Rüstəm Qasımov bərpa olunan enerji layihələri üzrə elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması ilə bağlı cari vəziyyət haqqında məlumat verib, şəbəkə infrastrukturunun gücləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.

İclasda Energetika, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Müdafiə, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC, Mərkəzi Bank, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi və Minatəmizləmə Agentliyinin nümayəndələri iştirak ediblər.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.