Bəzi məhsulların idxal və ixrac gömrük rüsumlarının qüvvədə olma müddəti uzadılıb
A
A
Globalart.az Azərbaycan Respublikasının Nazirlər Kabinetinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 500 nömrəli Qərarında dəyişik edilməsi ilə bir sıra məhsullar üzrə qüvvədə olan idxal gömrük rüsumlarının dərəcələrinin 2025-ci ildə bitməsinə görə (bəzi malların idxal gömrük rüsumundan azadolmalar, bəzi məhsullar üzrə isə spesifik idxal və ixrac gömrük rüsumlarının tətbiqi) həmin rüsum dərəcələrinin qüvvədə olma müddətinin uzadılması nəzərdə tutulur. Qərardakı mal qrupları ət məhsulları, süd məhsulları, tərəvəz, meyvə, meyvə və tərəvəz şirəsi, meyvəli içkilər, tütün, dəri məhsulları, tikinti materialları (alçıpan, daş yunu), hava filtri, keramika məhsulları və s. əhatə edir.
Globalart.az