• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Bağlanan Luvr muzeyi haqqında maraqlı bilgilər

Dekabr 16, 2025
A A

Fransanın Luvr muzeyi işçilərinin tətili səbəbindən qeyri-müəyyən müddətə bağlanıb.

Globalart.az xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.

Mənbənin sözlərinə görə, yığıncaqda iştirak edən yüzlərlə işçi iş şəraitinin pisləşməsi ilə əlaqədar bir günlük tətili yekdilliklə dəstəkləyib.

Luvr Muzeyi Parisdə, Sena çayının sahilində yerləşən və dünyanın ən böyük sənət muzeylərindən biri hesab olunur. Muzeyin binası əvvəlcə orta əsrlərdə qala kimi tikilmiş, daha sonra Fransa krallarının sarayına, Fransız İnqilabından sonra isə muzeyə çevrilmişdir. Burada tarix öncəsi dövrlərdən müasir dövrə qədər uzanan, minlərlə qiymətli sənət əsəri nümayiş etdirilir. Bu gün Luvr həm zəngin kolleksiyası, həm də tarixi memarlığı ilə dünyanın ən çox ziyarət edilən mədəniyyət mərkəzlərindən biridir.

Luvr Muzeyi möhtəşəm tarixi və 7000 il əvvələ gedib çıxan nadir sənət əsərləri ilə görməli yerlərin başında gəlir. Gündə təxminən 15 min, ildə isə 10 milyondan çox ziyarətçi qəbul edən bu muzey təkcə kolleksiyası ilə deyil, maraqlı hekayələri ilə də diqqət çəkir.

Luvrda nümayiş etdirilən əsərlərin sayı 35 minə yaxın olsa da, əslində muzeyin fondlarında qorunan əsərlərin sayı 380 mini ötür və onların hamısı eyni anda sərgilənmir. Təsəvvür edin ki, hər əsərə cəmi 1 dəqiqə ayıraraq, gündə 8 saat muzeyi gəzsəniz belə, bütün kolleksiyanı görmək üçün təxminən 75 gün vaxt lazım olar. Üstəlik, Luvr təkcə əsas bina ilə məhdudlaşmır – Tüilerilər bağları, Karuzel zonası, Delakrua Muzeyi və hətta Versaydakı Gypsothèque də bu nəhəng muzey kompleksinə daxildir.

Luvrun ən məşhur əsəri şübhəsiz ki, Leonardo da Vinçinin Mona Lisa tablosudur. Fransızlar onu “La Joconde” adı ilə tanıyırlar. Bir çoxlarını təəccübləndirən məqam isə tablonun ölçüsünün gözləniləndən xeyli kiçik olmasıdır – cəmi 55 x 73 sm. Xüsusi mühafizəçilər tərəfindən qorunan və gülləkeçirməz şüşə arxasında saxlanılan bu tablo 1911-ci ildə oğurlanıb, iki ildən sonra yenidən muzeyə qaytarılıb.

Luvrun diqqət çəkən digər şah əsərlərindən biri isə Ejen Delakruanın “Xalqı aparan Azadlıq” tablosudur. Fransız İnqilabını simvolizə edən bu əsərdə azadlıq sarı libaslı qadın obrazında təsvir edilir və rəssamın özünü də tabloda canlandırdığı iddia olunur. Tarixi faktlar, müharibə xatirələri, hətta Belphagor adlı bir mumya xəyali haqqında əfsanələr Luvru daha da sirli və cəlbedici edir.

Bir sözlə, Luvr Muzeyi sənət, tarix və əfsanələrin bir araya gəldiyi, hər addımda yeni bir hekayə danışan canlı bir mədəniyyət xəzinəsidir.

Globalart.az 

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.