• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Bakı Kitab Mərkəzində ədəbi-musiqili gecə keçirilib

Dekabr 26, 2025
A A

Dekabrın 26-da Bakı Kitab Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə ədəbi-musiqili gecə keçirilib.

Mərkəzdən Globalart.az-a verilən məlumata görə, gecənin əvvəlində Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı çıxış edərək vurğulayıb ki, əlamətdar günlərin sülh və əmin-amanlıq şəraitində qeyd edilməsi Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, şəhidlərimizin qəhrəmanlığının və qazilərimizin fədakarlığının nəticəsidir.

Bayram gecəsi zəngin konsert proqramı ilə davam edib. Azərbaycan Dövlət Xor Kapellası və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri, eləcə də xalq mahnıları səsləndirilib.

3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs ansamblının təqdim etdiyi zərif vals və Azərbaycan Dövlət Xor Kapellası və Milli Konservatoriyanın nəzdində İncəsənət Gimnaziyasının xor kollektivinin birgə ifasında səsləndirilən “Yeni il mahnısı” gecəyə xüsusi rəng qatıb.

Tədbir zamanı Rəsul Rza, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Musa Yaqub və Zahid Xəlilin şeirləri səsləndirilib. Peşəkarlıqla təqdim olunan canlı ifalar tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.