Bakı Yeni ilin səhərini təmiz və səliqəli qarşıladı
A
A
Bayram gecəsinin ardından paytaxtın təmiz və səliqəli vəziyyətdə olması hər kəsin diqqətini cəlb edib. İnsanların çox olduğu ərazilərdə Bakı şəhərinin kommunal xidmətləri operativ və səmərəli şəkildə fəaliyyət göstərib.
Globalart.az Yanvarın 1-i səhər saat 06:00-a qədər artıq şəhərin küçələri, parkları və meydanları tam təmizlənib. Bu nəticə gücləndirilmiş rejimdə çalışan kommunal xidmət əməkdaşlarının böyük zəhmətinin göstəricisidir.