• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Bakıda 5-ci “Qələbə qaçışı” keçirilib

Noyabr 3, 2025
A A

Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə noyabrın 2-də Bakıda 5-ci “Qələbə qaçışı” keçirilib.

Globalart.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, “Qürurla irəli” şüarı ilə təşkil edilən xeyriyyə tədbiri Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin beşinci ildönümünə həsr olunub.

Startdan öncə Vətən müharibəsində canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib vı Dövlət Himnimiz səsləndirilib.

“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürüb, 10 km məsafəni qət edərək eyni məkanda finişə çatıblar.
1700-dən çox iştirakçının mübarizə apardığı qaçışda Bəxtiyar Əsgərli kişilər arasında birinci olub. Faqət Quliyev yarışı ikinci, Elşad Nəsibov isə üçüncü pillədə başa vurublar. Qadınlar arasında isə Anna Yusupova, Natalya Vallek və Yuliya Belkova ilk üçlükdə qərarlaşıblar.

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, Olimpiya çempionu, “İdman veteranları” İctimai Birliyinin prezidenti Zemfira Meftaxetdinova, vitse-prezidenti Tamilla Bunyatova, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev və Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə təqdim ediblər.

Qaçış tədbiri əyləncəli konsert proqramı ilə davam edib. Qeyd edək ki, qaçış münasibətilə Dənizkənarı Milli Parkda iki gün ərzində əyləncə zonası da təşkil olunub.

Qeydiyyat zamanı toplanan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.