• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Bakıda “Avropanın meydanları” adlı fotosərgi açılıb

Fevral 12, 2026
A A

Altıncı “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və “Arts Council Azerbaijan” tərəfindən birgə təşkil edilən, habelə Aİ üzv dövlətlərinin səfirliklərinin dəstəyi ilə keçirilən “Avropanın meydanları” adlı fotosərginin rəsmi açılış mərasimi olub.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç çıxışında sərginin Avropa şəhərlərinin tanınmış və az tanınan meydanlarını bir araya gətirdiyini, onların tarixini, memarlıq nümunələrini və sosial əhəmiyyətini əks etdirdiyini vurğulayıb. Səfir layihənin Avropanın şəhər irsinin zənginliyini və müxtəlifliyini nümayiş etdirdiyini və rəmzi olaraq Azərbaycanda elan olunan “Şəhərsalma və Memarlıq İli”ndə baş tutduğunu qeyd edib.

“Arts Council Azerbaijan”ın rəhbəri və festivalın kuratoru Dadaş Məmmədov açılış mərasimində çıxış edərək bildirib ki, “FantazEU” tədbiri artıq altıncı ildir keçirilir və Azərbaycan ilə Avropa İttifaqı arasında mədəni dialoq üçün mühüm platformaya çevrilib. O, festivalın beynəlxalq tərəfdaşları bir araya gətirən davamlı mədəni təşəbbüs kimi əhəmiyyətini vurğulayıb, həmçinin Avropa İttifaqına, Aİ-yə üzv dövlətlərin səfirliklərinə əməkdaşlığa və dəstəyə görə minnətdarlığını bildirib.

Sərgidə Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Macarıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya, İsveç və Azərbaycan səfirlikləri tərəfindən təqdim edilən fotoşəkillər nümayiş olunur. Fotosərgi meydanların ictimai həyat, tarixi yaddaş və sosial qarşılıqlı əlaqə mərkəzləri kimi rolunu əks etdirir.

“Avropanın meydanları” fotosərgisi “Crescent Mall”da nümayiş olunur və fevralın 13-nə qədər davam edəcək.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.