• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Bakıda “The Central Baltic – Azerbaijan Business Forum & Gala Night” tədbiri keçirilib

Oktyabr 22, 2025
A A

21 oktyabr tarixində Bakıda “Caspian Energy Club”un təşkilatçılığı ilə “The Central Baltic – Azerbaijan Business Forum & Gala Night” adlı tədbir baş tutub. Forumun məqsədi Azərbaycan ilə Baltik dənizi regionuna daxil olan ölkələr arasında iqtisadi, investisiya və biznes əməkdaşlığını genişləndirmək olub.

Tədbirin rəsmi açılış mərasimində “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev, “Caspian Energy Club Europe”un sədri Rasim Mahmudov, Estoniya Ticarət və Sənaye Palatasının baş direktoru Mait Palts, Satakunta Tətbiqi Elmlər Universitetinin dekanı Hayki Haaparanta və Latviya Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Katrina Zarina açılış nitqi ilə çıxış ediblər.

Panel müzakirələrində “Caspian Energy Club Europe”un sədri Rasim Mahmudov, estoniyalı ekspert Sven Sester, Satakunta Tətbiqi Elmlər Universitetinin dekanı Hayki Haaparanta və digər beynəlxalq nümayəndələr iştirak ediblər.

“PowerHouse Latvia” Analitika və Məsləhət Qrupunun təmsilçisi Martins Varqulis forumda moderator qismində çıxış edib. Latviya Ticarət və Sənaye Palatasının Avropa İttifaqı Layihələri Departamentinin direktoru Liqa Sıçeva isə əsas məruzə ilə çıxış edərək Baltik ölkələri və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını vurğulayıb.

Forumun sonunda tərəfdaş ölkələrin nümayəndələri gələcəkdə birgə layihələrin reallaşdırılması və biznes əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində razılığa gəliblər.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.