• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

“Balaca pianoçu” dərs vəsaitinin təqdimatı olub

Fevral 24, 2026
A A

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hazırlanan incəsənət məktəblərinin I–II sinifləri üçün “Balaca pianoçu” adlı dərs vəsaiti çapdan çıxıb. Fevralın 20-də Azərbaycan Milli Kitabxanasında yeni nəşrin təqdimatı keçirilib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, təqdimatda çıxış edən mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov dərs vəsaiti haqqında məlumat verib. Qeyd edib ki, fortepiano ixtisası üzrə uzun illər istifadə olunan vəsait 1955-ci ildə çap edilib və müasir pedaqoji tələblərə cavab vermirdi. “Balaca pianoçu” kitabı milli düşüncə və yeni bəstəkarlıq nümunələri əsasında hazırlanıb.

Nəşrin layihə rəhbəri və həmmüəllif, metodist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynova vəsaitin metodiki quruluşu və məzmunu barədə təqdimatla çıxış edib.

Tədbirdə kitabın həmmüəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı, bəstəkarlar – Əməkdar incəsənət xadimi, professor Elnara Dadaşova və Əməkdar incəsənət xadimi, professor Ceyhun Allahverdiyev, rəyçilər – Əməkdar müəllim, professor Nərminə Quliyeva və Əməkdar müəllim, professor Nəzakət Rimazi, Milli Kitabxananın direktoru professor Kərim Tahirov, metodist, Əməkdar mədəniyyət işçisi Tamilla Məmmədova çıxış edərək fikirlərini bölüşüblər.

Çıxışlarda kitabın əhəmiyyəti vurğulanıb, fortepiano ixtisası üzrə ilk milli dərs vəsaiti kimi yüksək qiymətləndirilib.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.