• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Baş nazir Əli Əsədov BƏƏ-nin Federal Milli Şurasının sədri ilə görüşüb

Oktyabr 30, 2025
A A

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 30-da Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaşla görüşüb.

Globalart.az Azərbaycan Respublikasının Nazirlər Kabinetinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın birgə səyləri sayəsində iki ölkə arasında əlaqələrin yüksək inkişaf dinamikası nümayiş etdirdiyi qeyd edilib.

Cari ilin sentyabr ayında “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə”nin imzalanması ilə Azərbaycan-BƏƏ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu bildirilib.

İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın və qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Parlamentlərarası münasibətlərə də toxunularaq, parlament səviyyəsində qarşılıqlı səfərlərin və hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qruplarının hərtərəfli əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığı qeyd edilib.

Görüşdə Azərbaycan ilə BƏƏ arasında ticarət-iqtisadi, investisiya, bərpaolunan enerji, neft-qaz, informasiya texnologiyaları, süni intellekt və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə olunub.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.