• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Baş nazirin müavini: Çin şirkətləri Azərbaycandakı əlverişli biznes və sərmayə mühitindən yararlanır

Noyabr 7, 2025
A A

Çin şirkətləri Azərbaycanda yaradılmış əlverişli biznes və sərmayə mühitindən yararlanaraq, ölkəmizdə müxtəlif istiqamətlər üzrə layihələr həyata keçirir.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu sözləri Çin Beynəlxalq İdxal Sərgisində iştirak üçün Şanxayda səfərdə olan Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev “China Datang Corporation Ltd” və “Wontai Group” şirkətlərinin rəhbərliyi ilə görüşlərdə deyib.

Qeyd olunub ki, dövlət başçıları İlham Əliyevin və Si Cinpinin səyləri nəticəsində iki ölkə arasında dövlətlərarası münasibətlər dinamik və hərtərəfli inkişaf mərhələsini yaşayır. Son illər Azərbaycan ilə Çin arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri inkişaf edərək keyfiyyətcə yeni səviyyəyə yüksəlib, Azərbaycan Prezidentinin cari ilin aprelində Çinə dövlət səfəri zamanı ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması haqqında Birgə Bəyanat imzalanıb.

Bildirilib ki, iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi-ticari, o cümlədən sənaye, investisiya, nəqliyyat, energetika, yaşıl enerji, su təsərrüfatı və digər sahələrdə əməkdaşlığın dərinləşməsinə impuls verir. Azərbaycanda hökm sürən siyasi sabitliyin iqtisadiyyatın müxtəlif sahələrinin inkişafını təmin etdiyi, əlverişli coğrafi mövqe və nəqliyyat-tranzit dəhlizləri sayəsində Azərbaycanın xarici investorlar üçün cəlbedici ölkə olduğunu, bundan başqa, xüsusi iqtisadi zonalarda və ölkəmizin sənaye parklarında biznesin həyata keçirilməsi üçün hər cür əlverişli şərait yaradıldığı vurğulanıb.

Çin şirkətlərinin Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində fəal iştirak etdiyi barədə, o cümlədən onların Azərbaycanla bağlı layihələri haqqında ətraflı məlumat verilib.

Globalart.az

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.