Baş nazirin müavini Samir Şərifov ICAPP-ın nümayəndə heyəti ilə görüşüb
A
A
Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov oktyabrın 16-da Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) Daimi Komitəsinin sədri Çunq Eui-yongun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüşdə S.Şərifov Azərbaycan Prezidenti İlham Əliyevin Asiya ölkələri ilə əlaqələrin inkişafını xarici siyasətin əsas prioritetlərindən biri kimi müəyyənləşdirdiyini bildirib. Bu kontekstdə ölkəmizin Asiya və Okeaniya regionunda yerləşən inkişafda olan ölkələri, ələlxüsus kiçik ada ölkələri üçün yardım proqramlarını həyata keçirdiyini bildirib.
Globalart.az
