• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

BDYPİ xəbərdarlıq edib

Yanvar 8, 2026
A A

Hazırda paytaxtda və ölkə ərazisinin bəzi bölgələrində müşahidə olunan qatı duman avtomobil yollarında görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir və yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır. Görünüş məsafəsinin azalması sürücülərin yol şəraitini düzgün qiymətləndirməsinə mane olur ki, bu da bir anlıq diqqətsizlik nəticəsində ağır və arzuolunmaz hadisələrə səbəb ola bilər.

Globalart.az xəbər verir ki, bu, Baş Dövlət Yol Polisi İdarəsinin dumanlı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlığında bildirilib. Qeyd olunub ki, dumanlı hava şəraitində sürət həddinin azaldılması, nəqliyyat vasitələri arasında təhlükəsiz ara məsafəsinin saxlanılması, işıq cihazlarından yalnız təyinatına uyğun istifadə edilməsi, qəfil dayanma və təhlükəli manevrlərdən çəkinilməsi, eləcə də ötmə əməliyyatlarının yalnız icazə verilən yerlərdə və təhlükəsiz şəraitdə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Piyadalara isə xatırladılır ki, yolu yalnız görünən və icazə verilən yerlərdən keçməli, yolu keçməzdən əvvəl nəqliyyat vasitələrinin olmadığından və ya sürücülərin onlara yol vermək üçün tam dayandığından əmin olmalıdırlar.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha vurğulayır ki, qatı duman şəraitində yol hərəkəti qaydalarına ciddi əməl olunması hər bir yol hərəkəti iştirakçısının təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Unutmayaq ki, yollarda diqqətli, ehtiyatlı və məsuliyyətli davranış yol-nəqliyyat hadisələrinin qarşısının alınmasının əsas şərtidir.

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.