• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Berlində Azərbaycan Kino Günləri keçirilib

Fevral 17, 2026
A A

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Berlində Azərbaycan Kino Günləri keçirilib.

Globalart.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycan Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən İsa Məmmədov çıxış edərək tədbirin məqsədi, Azərbaycan kinosunun beynəlxalq məkanda tanıdılması və mədəniyyətlərarası dialoqun gücləndirilməsi baxımından əhəmiyyəti barədə məlumat verib.

Xalq artisti Mehriban Zəki Azərbaycan kinosunun son illərdə qazandığı uğurlardan və müasir kino nümunələrinin beynəlxalq auditoriya ilə təmasının vacibliyindən danışıb.

Tədbir çərçivəsində “Zəfər rəqsi” filmi nümayiş olunub. Filmin ideya müəllifi, “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva çıxış edərək ekran əsərinin beynəlxalq nümayişinin Berlində başlamasının əhəmiyyətini vurğulayıb.

Kino nümayişindən sonra iştirakçılar arasında şəbəkələşmə görüşü təşkil olunub.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.