Beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib
A
A
Yanvarın 9-da Beynəlxalq Xizək Federasiyası (FIS) təqviminə əsasən keçirilən “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu baş tutub. İştirakçılar dağ xizəyinin slalom növü üzrə çıxış edərək yüksək nəticələr uğrunda mübarizə aparıblar.
Globalart.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, yarışların yekununa əsasən İsveçrə təmsilçisi Nikita Anner birinci yerə layiq görülüb. Qazaxıstanlı idmançı Dalel Talkunova ikinci, Gürcüstan təmsilçisi Nino Thklauri isə üçüncü yeri tutublar.
Globalart.az