• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Zəngəzur dəhlizi ilə bağlı hesabat hazırlayıb

Fevral 4, 2026
A A

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) “TRIPP-Zəngəzur dəhlizi: Ticarət, tranzit və regional inkişaf üçün strateji əlaqə” sərlövhəli yeni hesabat hazırlayıb.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin elmi rəhbəri olduğu hesabat həmin qurumun mütəxəssisləri və ADA Universitetinin tələbələri ilə birgə hazırlanıb. Ekspert müsahibələri, sənədlərin təhlili və elmi-akademik mənbələrə əsaslanmaqla hazırlanan tədqiqatda Zəngəzur dəhlizinin bağlantılar, iqtisadi əlaqələr və Cənubi Qafqazdakı güc balansına təsirləri araşdırılır.

Tədqiqat üç əsas suala cavab verir. Birincisi, TRIPP-in iştirakçı ölkələr və daha geniş mənada Orta Dəhliz üçün iqtisadi əhəmiyyəti nədir? İkincisi, dəhlizin inkişafı regional güc balansına və geosiyasi münasibətlərə necə təsir göstərir? Üçüncüsü, onun həyata keçirilməsinə hansı siyasi, hüquqi və texniki çətinliklər mane olur və bu çətinliklərin aradan qaldırılması üçün hansı yollar mövcuddur?

Hesabat göstərir ki, TRIPP-Zəngəzur dəhlizinin işə düşməsi ticarət səmərəliliyini artıracaq, nəqliyyat xərclərini azaldacaq və Mərkəzi Asiya ölkələrinin qısa marşrutlar vasitəsilə Avropa bazarına inteqrasiyasını təmin edəcək. Dəhliz, həmçinin regional aktorlar üçün faydalıdır: Ermənistan tranzit gəlirləri və bazar imkanları qazanır, Azərbaycan nəqliyyat mərkəzi statusunu gücləndirir, Rusiya və İran isə əlavə nəqliyyat şəbəkələrində iştirak potensialını saxlayır. Hesabat TRIPP-in uğurunun üç əsas amildən – davamlı diplomatik əlaqələrdən, etimadın bərpası və müasir sərhəd idarəetmə texnologiyalarının tətbiqindən asılı olduğunu vurğulayır. Belə ki, bu amillər həm suverenliyi qoruyur, həm də səmərəli tranziti təmin edir.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.