• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi tərəfdaşlığın inkişafı istiqamətində müzakirələr aparılıb

Fevral 18, 2026
A A

İqtisadiyyat Nazirliyində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqlim və ətraf mühit naziri Amna Al Dahakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə edilib.

Globalart.az Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin iqlim və ətraf mühit naziri Amna Al Dahakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanıb. Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, enerji, həmçinin bərpaolunan enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, nəqliyyat, logistika, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub. 

Ölkələr arasında ticarəti daha da asanlaşdırmaq və liberallaşdırmaq, həmçinin qeyri-neft-qaz sektoru üzrə dövriyyəni artırmaq məqsədi ilə imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin  iqtisadi əlaqələrin inkişafında önəmi nəzərə çatdırılıb.

Azərbaycanda yaradılan əlverişli investisiya mühiti vurğulanıb, iki ölkənin iştirakı ilə yaradılmış Birgə İnvestisiya Fondunun qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsində və maliyyələşdirilməsində rolu diqqətə çatdırılıb. Həmçinin “Masdar” şirkətinin Azərbaycanın bərpaolunan enerji sektoruna sərmayələrinin əhəmiyyətinə toxunulub.

Görüşdə dayanıqlı iqtisadi artıma xidmət edən birgə layihələr, səmərəli biznes həllərinin tətbiqi, karbon emissiyalarının azaldılması barədə müzakirələr aparılıb, Azərbaycan-BƏƏ şirkətləri arasında B2B görüşlərin işgüzar əlaqələrin genişlənməsinə, qarşılıqlı investisiya imkanlarının artmasına töhfə verdiyi qeyd olunub.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.