• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

bp Azərbaycanın vitse-prezidenti Birləşmiş Krallığın Britaniya Imperiyası Ordeninin fəxri tituluna layiq görülüb

Fevral 24, 2026
A A

bp nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Böyük Britaniya Kralı Əlahəzrət III Çarlz tərəfindən Birləşmiş Krallığın Britaniya İmperiyası Ən Əla Ordeninin fəxri Zabiti (OBE) adına layiq görülüb. Bu, 19 fevral tarixində elan edilib.

Globalart.az “BP”yə istinadən xəbər verir ki, OBE fəxri adı Birləşmiş Krallıq daxilində və eləcə də beynəlxalq səviyyədə çox mühüm töhfələr vermiş şəxslərə təqdim edilən Birləşmiş Krallığın Britaniya İmperiyası Ordeninin ən yüksək beş titulundan biridir.

OBE fəxri titulu cənab Aslanbəyliyə Əlahəzrət Kral III Çarlz tərəfindən Böyük Britaniya–Azərbaycan münasibətlərinə verdiyi əhəmiyyətli töhfələrə görə verilib. O, bu nüfuzlu Britaniya dövlət fəxri tituluna layiq görülmüş ilk Azərbaycan vətəndaşıdır.

Fəxri OBE Kral tərəfindən öz sahəsində böyük xüsusi təsir göstərmiş və ya Böyük Britaniya və beynəlxalq əhəmiyyətli xidmətləri olan şəxslərə verilir.

“Bu, böyük bir şərəfdir və belə bir mükafata layiq görüldüyümə görə qürur duyuram,” – deyə cənab Aslanbəyli bildirib. “bp-dəki həmkarlarımla, Böyük Britaniyanın Bakıdakı səfirliyi, Azərbaycanın Londondakı səfirliyi, SOCAR və hökumət nümayəndələri ilə birlikdə çalışaraq Azərbaycan və Böyük Britaniya arasındakı münasibətlərin möhkəmləndirilməsinə töhfə vermək mənim üçün böyük qürurdur.

“Mən həm Azərbaycana, həm də Böyük Britaniyaya faydalar gətirmək üçün birlikdə çalışdığım hər kəsə borcluyam. Bu fəxri ad mənim olduğu qədər onların da səylərinə verilmiş qiymətdir.

Layiq görüldüyüm bu şərəfli ada görə öz dərin təşəkkürümü bildirir və ölkələrimiz arasındakı möhkəm əlaqələrin daha da gücləndirilməsinə bundan sonra da xidmət edəcəyimi bir daha vurğulamaq istəyirəm.”

Globalart.az

 

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.