• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ahıllar və uşaq evi sakinlərinin iştirakı ilə “Arşın mal alan” tamaşası nümayiş olunub.

Oktyabr 9, 2025
A A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin 140 illiyi və 1 Oktyabr – Beynəlxalq Ahıllar Gününə həsr olunmuş “Arşın mal alan” tamaşası nümayiş etdirilib.

Globalart.az “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə istinadən xəbər verir ki, tədbirin məqsədi dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığının təbliği, ahıllara və uşaqlara sosial-psixoloji dəstək, onların cəmiyyətə inteqrasiyasına, eyni zamanda sosial reabilitasiyasına şərait yaratmaqdır.

Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev bildirib ki, bütün sosial xidmət müəssisələrində, həmçinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində və uşaq evlərində müasir tələblərə uyğun şərait yaradılıb. Bu müəssisələrdə sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlər, o cümlədən onların mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyaları, gəzintiləri və s. də təşkil olunur. Hazırda Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 200-dən, uşaq evi sosial xidmət müəssisələrində isə 450-dən çox sakin yaşayır.

F.Ağayev qeyd edib ki, Üzeyir Hacıbəylinin yaratdığı “Arşın mal alan” kimi əsərlər xalqımızın mənəvi dünyasında bu gün də yaşayır. Bu tamaşanın bu gün təqdim olunması həm dahi bəstəkara ehtiram, həm də ahıllar və uşaqlar arasında mədəni körpü yaratmaq məqsədi daşıyır.

Qeyd olunub ki, Agentlik həssas əhali qruplarından olan şəxsləri sosial xidmətlərlə təmin etməklə yanaşı, onların sosial reabilitasiyası məqsədilə mədəni tədbirlərə cəlb edilməsinə də böyük əhəmiyyət verir. Agentliyin müəssisələrində yaşayanlardan ibarət rəqs, musiqi və digər dərnəklər vasitəsilə də benefisiarların cəmiyyətə inteqrasiyasına dəstək göstərilir.

Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxışında bildirib ki, bu kimi təşəbbüslər cəmiyyətin sosial həmrəyliyini möhkəmləndirir və insanlarda mənəvi dəyərlərə, milli irsə bağlılıq hissini gücləndirir. Millət vəkili qeyd edib ki, ahılların və uşaqların belə tədbirlərdə iştirakı onların sosiallaşması, özünüifadə bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.