• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Bursada Qarabağ Zǝfǝrinin 5-ci ildönümü keçirilib

Dekabr 1, 2025
A A

Türkiyənin Bursa şəhərində Azǝrbaycanın Qarabağ Zǝfǝrinin 5-ci ildönümü münasibǝtilə xüsusi proqram tǝşkil olunub.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, mǝdǝni mǝzmunda təşkil edilən tədbir Bursa Azǝrbaycan İnnovasiya vǝ Həmrəylik Dǝrnǝyi (BAİDD) ilə Bursa Uludağ Universiteti Azǝrbaycan Mǝdǝniyyǝt vǝ İncǝsǝnǝt Birliyinin əməkdaşlığı çərçivəsində reallaşıb.

Proqramdan əvvəl bursalı şagirdlərin Azərbaycan-Türkiyə qadaşlığına həsr edilən rəsm sərgisi açılıb.

İki ölkənin Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dǝqiqǝlik sükutla yad edilməsi ilǝ başlayan tədbirdə çıxış edən BAİDD-nin sǝdri Latifǝ Nağdalıyeva Qarabağ Zǝfǝrinin tarixi əhəmiyyəti barədə danışıb. O, bu Qələbənin qazanılmasında Ali Baş Komandan İlham Əliyevin qǝtiyyǝtli liderliyinin hǝlledici rol oynadığını xüsusi qeyd edərək Ordumuzun göstərdiyi şücaǝt vǝ fǝdakarlıqdan bəhs edib.

Azǝrbaycan Mǝdǝniyyǝt vǝ İncǝsǝnǝt Birliyinin sədri Murad Böyükxanov çıxışında Qarabağ Zǝfǝrinin gǝnclǝr üçün bir qürur vǝ milli kimlik mǝnbǝyi olduğunu vurğulayıb, Türkiyə–Azǝrbaycan gǝnclǝrinin ortaq tarix vǝ mǝdǝni irsi yaşatma mǝsuliyyǝtinǝ diqqǝt çǝkib.

Bursanın Nilüfǝr şǝhǝr Mǝclisinin sǝdri, birliyin mǝslǝhǝtçi müǝllimi Mustafa Berkay Aydın isə Qarabağ Zǝfǝrinin yalnız hǝrbi qǝlǝbǝ deyil, həm də strateji, tarixi vǝ mǝdǝni nailiyyǝt olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Bursa üzrə sǝdrinin müavini, AK Parti xarici əlaqǝlǝr sǝdri, Qırğız Respublikasının Bursada fǝxri konsulu Bilal Tutuş, Bursa Böyükşǝhǝr Bǝlǝdiyyǝ başçısının müavini Hande Apaydın vǝ Azǝrbaycan Mǝdǝniyyǝt Dǝrnǝyinin rəhbəri Handan Askeren Ton Türkiyǝ–Azǝrbaycan qardaşlığının sarsılmaz bağlardan güc aldığını, ölkələrimiz arasında “Bir millət, iki dövlǝt” anlayışının daima möhkǝmlǝndiyini bildiriblǝr.

Proqram çǝrçivǝsindǝ şair-yazıçı, Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, Parlamentlǝr Birliyinin Bursa şöbǝsinin sǝdri Faruq Anbarcıoğlunun rǝhbǝrliyi ilǝ “Bir şǝhid, bir hekayǝ, bir şeir” layihǝsi tǝqdim olunub, yazıçıların çıxışları dinlǝnilib.

Tǝdbir çǝrçivǝsindǝ Qarabağın tarixi vǝ strateji ǝhǝmiyyǝtindǝn bǝhs edǝn tǝqdimatlar olub, videoçarx nümayiş olunub vǝ musiqi nümunələri təqdim edilib.

Proqram Azǝrbaycan Mǝdǝniyyǝt vǝ İncǝsǝnǝt Birliyi tǝlǝbǝlǝrinin hazırladığı teatr sǝhnǝlǝri və milli rǝqs nümayişlərindən ibarət bədii hissə ilə davam edib.

Sonda proqramın hazırlanmasında ǝmǝyi keçǝnlərə BAİDD tǝrǝfindǝn plaket vǝ sertifikatlar təqdim olunub.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.