• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Cəbrayılda bayram konserti

Oktyabr 6, 2025
A A

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə 4 oktyabr – Cəbrayıl Şəhəri Günü münasibətilə təntənəli konsert proqramı keçirilib.

Globalart.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, vətən müharibəsinin ilk qazi şəhəri, iki ildir öz sakinlərini qoynuna alan Cəbrayılın mərkəzində qurulmuş səhnədə təqdim edilən konserti mədəniyyət nazirinin müavini Murad Hüseynov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri, doğma yurda qayıtmış sakinlər izləyiblər.Konsert proqramı F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında “Uzundərə” Azərbaycan xalq rəqsi (baletmeyster: Əməkdar artist Ceyhun Qubadov) ilə başlanıb.
Sonra solistlər Nurlana Abdullayeva Elza İbrahimovanın “Ey Vətən”, Humay Aslanova Səid Rüstəmovun “Bilmədin”, Fəxri Kazım-Nicat Polad Bülbüloğlunun “Azərbaycan”, Vəfa Vəzirova Rauf Məmmədovun “Yaşa mənim xalqım”, Əməkdar artistlər Anar Şuşalı Cahangir Cahangirovun “Cənnətim Qarabağ” və Əşrəf Abbasovun “Süfrə mahnısı”, Fehruz Səxavət Əlibaba Məmmədovun “Xudayar təsnifi” və “Tel oynasın” Azərbaycan xalq mahnısını ifa ediblər.

Konsertdə həmçinin Səbinə Ərəbli Tofiq Quliyevin “Azərbaycana gəlsin”, Aynur İsgəndərli Üzeyir Hacıbəylinin “Çırpınırdın, Qara dəniz” və Müslüm Maqomayevin “Azərbaycan” mahnılarını səsləndiriblər.
Bayram konsertinə bu il anadan olmasının 140 illiyi dövlət səviyyəsində qeyd edilən dahi bəstəkar Üzeyir Hacıbəylinin məşhur “Cəngi rəqsi” ilə yekun vurulub.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.