• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Calvin Klein 2026 yaz/yay şousunun əsas çıxışları

Sentyabr 23, 2025
A A

“Vogue” jurnalına verdiyi müsahibədə Calvin Klein demişdi: “Mən həmişə Amerika qadınını düşünmüşəm. Zaman dəyişdi. Qadınlar yeni bir azadlıq təcrübə edirlər.”

Bu gün Calvin Klein brendində kişi və qadın kateqoriyaları üzərində çalışan Veronika Leoni üçün bu sözlər təkcə qadınlara deyil, hər iki cinsə aiddir. Onun qarşısındakı əsas vəzifə həmin “amerikan azadlığı” anlayışını dərk edib kolleksiyalarına hopdurmaqdır.

Şərq Villidəki “Brant Fondu”da təqdim edilən ikinci kolleksiyası göstərdi ki, Leoni artıq yerli həyat tərzini müşahidə etməyə başlayıb: səhər tezdən market və qəhvə dalınca qaçan insanlardan ilhamlanıb. Modellər əllərində açarlıq gəzdirir, bəzi çantalar isə bilərəkdən kənarları aşınmış formada hazırlanmışdı. Bir modelin “oversize” pencəyinin altından görünən Kalvin Klayn şortu, zolaqlı köynək və qalstukla uyğunlaşdırılmışdı. Digər bir model uzun “long-johns” tipli taytların üzərində Y-kəsimli bokserləri xatırladan detal geyinmişdi – bu, həm Klaynın məşhur provokativ alt paltarları reklamına işarə, həm də müasir yoga taytları dəbinə yumorlu bir göndəriş idi.

Mariakarla Boskono podiumda zolaqlı terri xalat kimi görünən, əslində isə lazer kəsimli incə dəridən hazırlanmış geyimlə çıxış etdi – görünüşü xalat idi, hissi isə lüks. Bəzi görünüşlər sadə, lakin təsirli “zəhmət göstərmədən dəbli” ruhunu daha aydın əks etdirirdi: qəhvəyi iki yaxalı trençkotla cins şalvar və çəkmə geyinən model, kağız incəliyində dəri bombər və çino şalvarla çıxan digər model tam mənasıyla Şərq Villi qızlarını xatırladırdı.

Leoni özü isə belə deyir: “Mən mövsümü iki hissəyə böldüm: biri mənim şəxsi baxış bucağım, digəri isə brendin ikonlarını özümə məxsus şəkildə işləyib öyrənmək cəhdi.” O düşüncəli, bəzən hətta intellektual yanaşan dizaynerdir. Amma Kalvin Klayn üslubu artıq intellektualizmdən çox, sadəliyi ilə seçilib.

Elə buna görə də bəzi ideyalar lazımsız görünürdü: kağız kimi buruşdurulmuş paltar çox “art-house” təsiri bağışlayırdı, bəzi detalları lüzumsuz və uşaq tərzi idi. Bunlar vizual görüntü olaraq maraqlı ola bilərdi, amma real həyatda hansı qadın bunu geyinərdi?! Klayn isə həmişə artıq detalların üzərindən xətt çəkərək müasir görünüş axtarışında idi. Burada həm intizam, həm də rahatlıq gizlənirdi.

Leoni üçün üçüncü mövsümə hazırlıq zamanı ən faydalı sual bəlkə də budur: “Səhər oyananda özü nə geyinmək istəyir? Dostları nədən zövq alır?” Klayn bunu vaxtilə çox gözəl ifadə etmişdi: “Əgər dizayn yaxşıdırsa, forması düzgünsə, insana özünü yaxşı hiss etdirmək üçün əlavə detala ehtiyac yoxdur.”

 

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.