• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Carolina Herrera Yaz 2026: Madrid ruhunda dəb manifesti

Oktyabr 8, 2025
A A

Carolina Herrera brendi bu dəfə modanı Nyu-Yorkdan Madrida daşıdı. Yaradıcılıq direktoru Wes Gordon, brendin Avropadakı ilk nümayişi üçün 77 parlaq, cəsarətli və çiçək motivləri ilə zəngin kolleksiyanı təqdim etdi. Madrid Moda Həftəsi çərçivəsində Plaza Mayor meydanında baş tutan şou, şəhərin mərkəzində əsl teatr atmosferi yaratdı.

Qonaqlar arasında Becky G, Lucy Hale, Sofia Carson və Alisha Boe kimi tanınmış adlar yer almışdı. Qırmızı büstqalter paltarı ilə Hale, Karolina Kurkova isə minipaltosunun uzun pelerini ilə fotoqrafları valeh etdi. “RuPaul’s Drag Race” ulduzu Gigi Goode isə sarı və qara nöqtəli balon paltarı ilə diqqət mərkəzində idi.

Wes Gordon üçün bu, Herrera-nın 44 illik tarixində əsas kolleksiyanın Nyu-Yorkdan kənarda təqdim edildiyi yalnız üçüncü dəfədir.

“Hər şey böyük olmalı idi — ideyalar, çiyinlər, ətəklər, rənglər” – Wes Gordon.

Wes Gordon

Şouda 80-ci illərin ispan pop musiqisi sədaları altında podyumu bəzəyən geyimlər Madridin enerjisini və zərifliyini əks etdirirdi. Kolleksiya, şəhərin 17-ci əsrdəki barok üslubundan və Franco dönəmindən sonrakı “La Movida” mədəni hərəkatından ilham almışdı. Pedro Almodóvarın filmlərinə xas olan azad və emosional ruh burada öz əksini tapmışdı (rejissor özü də ön sırada oturmuşdu).

Açılışda təqdim olunan uzun qara libas meydandakı Filipp III heykəlinin fonunda dramatik effekt yaratdı. Velaskes və El Qrekonun əsərlərini xatırladan siluetlər, klassik İspan incəsənətinə bir ehtiram idi.

Şou boyunca ispan mədəniyyətinə xas detallara rast gəlmək mümkün idi: matador ceketləri, yerli brend Casa Seseña-nın qara kəpənəkləri.

Amma ən böyük rolu çiçəklər oynayırdı. Madridin Rosaleda bağına ithaf olunan qızılgüllər, San Isidro festivalına simvolik qərənfillər və paytaxtın bənövşə konfetlərinə istinad edən bənövşələr.

Parlaq marigol rəngində jacquard paltar üzərində qızıl qərənfil motivləri, lilac tonlarda bənövşə detallar və markanın ikonik parlaq qırmızısı ilə birləşərək Herrera qadınının gücünü, ehtirasını və cazibəsini təcəssüm etdirdi.

Wes Gordon bu dəfə həm də yerli dizaynerlərlə əməkdaşlıq etdi: 80-ci illərin əfsanəsi Sybilla üç kəsik detallı libas təqdim etdi, Alejandro Gómez Palomo isə brendin klassik ağ köynəyini yenidən interpretasiya etdi.

Müəllif: Cəmalə Naxçıvani, Global Art jurnalının baş redaktoru

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.