• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Cem Adrian Bakıda “Sarı gəlin” oxudu

Dekabr 26, 2025
A A

Türkiyənin sevilən sənətçisi Cem Adrian 24 dekabr tarixində Bakıda, Heydər Əliyev Sarayında Event Office-in təşkilatçılığı ilə möhtəşəm konsert proqramı ilə çıxış edib. Zalın tam dolu olduğu gecədə Cem Adrian sevənləri sənətçinin ifasını böyük coşqu və maraqla qarşılayıblar.

Konsert zamanı səhnədən tamaşaçılara müraciət edən Cem Adrian Azərbaycanı çox sevdiyini bildirib və bu sevgini hər ifasında hiss etdirdiyini vurğulayıb. Özünəməxsus, geniş diapazonlu vokalı və dərin lirizmlə seçilən repertuarı ilə sənətçi dinləyicilərinə unudulmaz, duyğularla zəngin anlar yaşadıb. Lirik mahnılar zalda kövrək anlara səbəb olub, tamaşaçıların bir çoxu ifalara səmimi şəkildə qoşularaq mahnıları əzbərdən oxuyub.

Gecənin xüsusi diqqət çəkən məqamlarından biri Cem Adrianın qırmızı işıqlar altında səhnədə tək bir kürsüdə əyləşərək ifa etməsi olub. Sadə, lakin təsirli səhnə tərzi musiqinin emosional gücünü daha da ön plana çıxarıb. Sənətçi 1 saat yarım davam edən konsert boyunca tam canlı ifa edib və bu da tamaşaçıların alqışları ilə müşayiət olunub.

Konsertin ən yaddaqalan anlarından biri isə zalda baş tutan evlilik təklifi olub. Sürpriz romantik an tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb və gecəyə xüsusi ovqat qatıb. Bundan əlavə, Cem Adrianın Azərbaycan xalq mahnısı “Sarı gəlin”i ifa etməsi zalda xüsusi coşğu yaradıb və uzun müddət alqışlanıb.

Heydər Əliyev Sarayı bu dəfə də möhtəşəm konsertə yüksək səviyyədə ev sahibliyi edib. Cem Adrianın Bakıda baş tutan bu konserti həm musiqisi, həm də yaşanan emosional anlarla uzun müddət yaddaşlardan silinməyəcək.

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.