Çempionlar Liqası: “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub
A
A
Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.
Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Ağdam təmsilçisi 1/8 finala vəsiqə üçün PSJ (Fransa) və ya “Nyukasl” (Newcaste, İngiltərə) komandalarından biri ilə üz-üzə gələcək.
Pley-off mərhələsinin püşkatması yanvarın 30-da təşkil olunacaq.
Qurban Qurbanovun komandası liqa raundunu 10 xalla 22-ci pillədə başa vurub.
Globalart.az