• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Ceyhun Bayramov Banqladeş Xalq Respublikasının ölkəmizdəki qeyri-rezident səfiri ilə görüşüb

Noyabr 13, 2025
A A

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Banqladeş Xalq Respublikasının ölkəmizdəki qeyri-rezident səfiri Amanul Haqqla görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Globalart.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Banqladeş arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tərəflər ölkələrimiz arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişaf etdiyini, beynəlxalq təşkilatlar, xüsusilə də BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, D-8 çərçivəsində qarşılıqlı dəstəyin məmnunluq doğurduğunu vurğulayıblar. Xüsusilə iqtisadi, ticarət, energetika, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğu bildirilib.

Liderlər səviyyəsində təmasların, Banqladeşin keçid hökumətinin rəhbəri, baş müşavir Məhəmməd Yunusun COP29-da iştirakı məmnunluqla xatırlanıb. Növbəti ildə ölkəmizdə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə görüşləri, eləcə də BMT-nin Ümumdünya Şəhərsalma Forumu çərçivəsində geniş əməkdaşlıq perspektivlərinin olduğu vurğulanıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən yüksəksəviyyəli təmasların artırılması, beynəlxalq platformalarda əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıblar.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.