• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Ceyhun Bayramov Luka Bekkari ilə görüşüb

Noyabr 28, 2025
A A

Noyabrın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində San-Marinonun xarici işlər, siyasi məsələlər, beynəlxalq iqtisadi əməkdaşlıq və rəqəmsal keçid naziri Luka Bekkari ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Globalart.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə San-Marino arasında münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi üçün imkanların mövcud olduğunu vurğulayıblar.

Nazirlər iqtisadi-ticarət əlaqələrinin dərinləşdirilməsi, investisiya imkanlarının araşdırılması, turizm, təhsil və humanitar sahələrdə əməkdaşlığın təşviqi üçün qarşılıqlı maraq ifadə ediblər.

Nazir Ceyhun Bayramov Azərbaycanın regionda sülh və sabitlik naminə həyata keçirdiyi təşəbbüslər, Ermənistanla normallaşma prosesi, o cümlədən Vaşinqton Birgə Bəyannaməsi çərçivəsində əldə olunmuş razılaşmalar və işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə həmkarına məlumat verib.

Görüş zamanı, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də Yaxın Şərqdə vəziyyət, Rusiya-Ukrayna münaqişəsi və qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.