• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Ceyhun Bayramov Seyid Abbas Əraqçi ilə görüşüb

Dekabr 9, 2025
A A

Dekabrın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Globalart.az-a bildirilib ki, nazirlər Ceyhun Bayramov və Seyid Abbas Əraqçi arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Görüşlərdə Azərbaycan-İran ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər, habelə regional və qlobal inkişaf istiqamətləri müzakirə edilib. Azərbaycan və İran əlaqələrinin təməlində dövlətlərimiz arasında mehriban qonşuluq və qarşılıqlı hörmət, xalqlarımız arasında tarixi, mədəni və dini ortaq köklərin dayandığı ifadə olunub.

İki ölkə prezidentlərinin arasında mövcud dostluq münasibətlərinin dövlətlərarası əlaqələrdə mühüm əhəmiyyət daşıdığı, 2025-ci ildə İran Prezidentinin Azərbaycana səfərləri və bu çərçivədə Azərbaycan Prezidenti ilə görüşlərinin əməkdaşlığa yeni təkan verdiyi vurğulanıb.

Xarici İşlər nazirlikləri arasında siyasi və konsulluq məsləhətləşmələrinin, iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının, parlamentlərarası əlaqələrin, eləcə də əhatəli ikitərəfli hüquq-müqavilə bazasının əməkdaşlığımıza dayanıqlı xarakter verdiyi bildirilib.

Görüşlər zamanı iqtisadi-ticarət, enerji-energetika və nəqliyyat-logistika istiqamətləri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. İki ölkənin iqtisadi potensialının və aramızdakı coğrafi yaxınlığın qarşılıqlı ticarət və investisiya həcmlərinin artırılması üçün əlverişli şərait yaratdığı vurğulanıb.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində birgə fəaliyyətlərin, eləcə də Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni bağlantı layihələrinin regionda tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcəyinə inam ifadə olunub. Ağbənd-Kəlalə arasında yolun və körpünün tikintisinin yekunlaşdırılması istiqamətində səylər məmnunluqla qeyd edilib.

Humanitar sahədə əməkdaşlıq məsələlərinə toxunularaq, iki ölkənin prezidentlərinin razılığı əsasında Bakı-Tehran-Bakı və Bakı-Təbriz-Bakı marşrutları üzrə təyyarə reyslərinin artırılmasının xalqlarımız arasında təmasların təşviqinə töhfə verdiyi qeyd edilib. Elm, təhsil, mədəniyyət, gənclər, idman, səhiyyə və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib.

Beynəlxalq və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan və İran arasında BMT, UNESCO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər təşkilatlar, eləcə də “3+3” və bir sıra başqa regional platformalar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlıq yüksək qiymətləndirilib.

Ceyhun Bayramov həmkarına Azərbaycan-Ermənistan normallaşma prosesindəki son inkişaflar barədə məlumat verib, bu çərçivədə Vaşinqton Zirvəsinin nəticələri diqqətə çatdırılıb. Regionda daimi sülhün bərqərar edilməsi və sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılmasının zəruriliyi vurğulanıb. Qarşı tərəf, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və quruculuq işləri, mina təhlükəsi və keçmiş məcburi köçkünlərin geri qayıdışı barədə məlumatlandırılıb.

Görüşlərdən sonra birgə mətbuat konfransı keçirilib, nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış edib və jurnalistlərin suallarını cavablandırıblar.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.