• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Ceyhun Bayramov Tailandın Kral Prajadhipok İnstitutunun Baş katibi ilə görüşdü

Dekabr 1, 2025
A A

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tailand Parlamentinin nəzdində fəaliyyət göstərən Kral Prajadhipok İnstitutunun Baş katibi İssara Sereevatthanavut ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Globalart.az-a bildirilib ki, görüşdə Azərbaycan ilə Tailand arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, o cümlədən parlament diplomatiyası, beyin mərkəzləri arasında əlaqələr və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Azərbaycanın beynəlxalq platformalarda fəal roluna diqqət çəkərək, ölkəmizin Qoşulmama Hərəkatına, COP29-a və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (CICA) sədrliyi, irəli sürülən təşəbbüslərin qlobal əməkdaşlığa verdiyi töhfə barədə məlumat verib. Növbəti il ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13), BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyası (UNESCAP) və CICA sammitləri barədə məlumat verərək bu tədbirlərin regiondaxili və beynəlxalq dialoqa əlavə dəyər qatacağını bildirib.

Görüşdə, həmçinin Kral İnstitutunun Azərbaycan beyin mərkəzləri ilə təmasları və bu çərçivədə aparılan əməkdaşlıq perspektivləri, eləcə də iki ölkə arasında Xarici İşlər nazirlikləri arasında qarşıdan gələn məsləhətləşmələrin təşkili məsələləri müzakirə olunub.

Tərəflər Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatının fəaliyyəti, həmçinin Azərbaycan Milli Məclisinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu çərçivəsində qarşılıqlı parlament əməkdaşlığının genişlənməsinin əhəmiyyətini qeyd ediblər.

Eyni zamanda, Azərbaycan tərəfindən həyata keçirilən təqaüd proqramları, təhsil mübadiləsi imkanları, turizm sahəsində əməkdaşlıq və qarşılıqlı yüksəksəviyyəli səfərlərin təşkili məsələləri görüşün diqqət mərkəzində olub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər nəzərdən keçirilib.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.