• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

DGK sədri: Gömrükdə fiziki yoxlamaların sayı 22 faiz azaldılıb

Dekabr 8, 2025
A A

Son dövrlərdə Avtomatlaşdırılmış Risk Analizi Sisteminin (ARAS) tətbiqi nəticəsində sərhədkeçmə müddətinin 25 faiz azaldılmasına nail olunub.

Globalart.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, son dövrlər Azərbaycanda gömrük rəsmiləşdirmə müddətinin 35 faiz, fiziki yoxlamaların sayının isə 22 faiz azaldılmasına nail olunub.

“Gömrük işinin müxtəlif sahələri üzrə beynəlxalq tələblərə uyğun metodiki vəsaitlər hazırlanıb, elektron bildiriş sistemi ilə və təminat əsaslı malların buraxılışı mexanizmi tətbiq edilməklə gömrük ödənişlərinə səmərəli nəzarət üsulları formalaşdırılıb. 2024-cü il ərzində malların gömrük dəyərində bəyannamələr vasitəsilə dəqiqləşmiş 377 milyon manat məbləği üzrə 170 milyon 366 manat vəsaitin büdcənin gəlirləri hesabına cəlb edilməsi təmin edilib. 2021-ci ildə dövlət büdcəsinə köçürülmüş vəsaitin həcmi 4 milyard 343 milyon manat olduğu halda, 2024-cü ildə faktiki büdcəyə köçürülmüş məbləğ 2 milyard 305 milyon manat və ya 53 faiz artıq olaraq 6 milyard 648 milyon manat təşkil edib”, – deyə Şahin Bağırov əlavə edib.

O qeyd edib ki, dövlət mülkiyyətinə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində, 2024-cü ildə 2,3 milyon manat məbləğində, cari ilin 11 ayında isə 3,9 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib: “Toplanmış gömrük rüsumları və vergiləri 2024-cü il dövlət büdcəsinin qeyri-neft gəlirlərinin 35 faizini, qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsulun isə 8 faizini təşkil edib”.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.