• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

“Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” tədbiri baş tutub

Dekabr 16, 2025
A A

Dekabrın 15-də Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfransın açılışı olub.

Globalart.az xəbər verir ki, konfransın əsas məqsədi yeniyetmə və gənclərin sağlam dini biliklərə yiyələnməsi, onların milli-mənəvi dəyərlərə və Vətənə sədaqət ruhunda tərbiyə olunması, həmçinin yad dini-ideoloji təsirlərdən qorunması istiqamətində maarifləndirmə fəaliyyətinin daha sistemli şəkildə təşkili yollarını müzakirə etməkdir.

Tədbirin mövzusunun aktuallığına toxunan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, konfrans çərçivəsində aparılan müzakirələr din və təhsil münasibətlərinin düzgün qurulması, gənc nəslin sağlam düşüncə ruhunda formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu mövzuların müzakirəsi gələcəkdə daha sistemli və səmərəli yanaşmaların formalaşmasına töhfə verəcək.

Konfransda çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın mövzusunun ölkəmizin sürətli inkişafı və müasir dövrün çağırışları fonunda xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb. Firudin Qurbanov bildirib ki, mənəvi-əxlaqi yönümlər və ənənəvi dəyərlər təhsil prosesində xüsusi əhəmiyyət qazanır və şagirdlərin, tələbələrin şəxsiyyət kimi formalaşmasına təsir edir.

Nazir müavini qeyd edib ki, Azərbaycanda təhsil dünyəvi xarakterdə olsa da dini fanatizmlə mübarizədə mühüm rol oynayır, çünki o, tənqidi düşüncəni, tolerantlığı, müxtəlif dinlərin və mədəniyyətlərin əsasları haqqında bilikləri inkişaf etdirir, həmçinin rasional təhlil bacarıqlarını formalaşdırır.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov ölkədə din təhsili ilə bağlı məsələlərə diqqət çəkərək din mədəniyyətinin xüsusilə məktəblərdə öyrədilməsinin faydalı olduğunu deyib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa dünyəvi dövlətdə dini dünyagörüşünün formalaşmasında dini düşüncənin düzgün anlaşılmasının və onun dünyəvi prinsiplər əsasında öyrədilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Çıxışlardan sonra konfrans işini “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi: pedaqoji yanaşmalar və müasir təlim modelləri” və “Dini fanatizm, xurafat və radikalizmlə mübarizədə məktəbin maarifləndirici missiyası” adlı panellərlə davam etdirir.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.