Disneyin obrazları süni intellektlə canlanır
A
A
Disney OpenAI-yə 1 milyard dollar sərmayə yatıraraq, məşhur xarakterlərini Sora alətində istifadə üçün lisenziyalaşdırdı.
Globalart.az xəbər verir ki, indi istifadəçilər Disney, Marvel, Pixar və Star Wars-un 200-dən çox obrazı ilə qısa, orijinal videolar yarada biləcək.
Seçilmiş videolar Disney+ platformasında yayımlana bilər. Disney CEO-su Robert Iger bildirib ki, bu əməkdaşlıq hekayə anlatma imkanlarını genişləndirir və müəllif hüquqlarını qoruyur.
Eyni zamanda, Disney digər texnologiya şirkətlərinə qarşı xarakterlərinin icazəsiz istifadəsinə qarşı hüquqi addımlar atır.
Globalart.az