• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Dövlət maliyyə idarəçiliyi 13 altsistemdən ibarət vahid informasiya sistemi vasitəsilə rəqəmsal mərhələyə keçir

Yanvar 27, 2026
A A

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi dövlət maliyyə idarəçiliyində şəffaflığın və səmərəliliyin artırılmasına və rəqəmsal hökumət prinsiplərinin daha geniş tətbiqinə mühüm töhfə verəcək.

Globalart.az Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə istinadən xəbər verir ki,“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi dövlət maliyyə idarəçiliyinin müxtəlif istiqamətləri üzrə rəqəmsal idarəetməni təmin edən 13 əsas altsistemdən ibarətdir:

  • Büdcə Məlumat İdarəetmə – dövlət və icmal büdcə layihələrinin hazırlanması üçün zəruri məlumatların toplanmasını, habelə büdcə göstəricilərinin aidiyyəti qurumlara təqdim edilməsini təmin edir;
  • Dövlət Maliyyə Nəzarəti – dövlət büdcəsi və digər dövlət vəsaitlərinin məqsədli və səmərəli xərclənməsinə nəzarəti həyata keçirir;
  • Dövlət proqramları və investisiya xərclərinin maliyyələşdirilməsi – dövlət investisiya layihələrinin maliyyə qiymətləndirilməsini, maliyyə təminatının müəyyən edilməsini, icranın real vaxt rejimində izlənilməsini, eləcə də proqnozlaşdırma və monitorinqini təmin edir;
  • Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi – dövlət borcu və zəmanəti üzrə öhdəliklərə dair məlumatların toplanmasını, idarə olunmasını və real vaxt rejimində monitorinqini, həmçinin müvafiq hesablar üzrə məlumatların əldə edilməsini həyata keçirir;
  • Dövlət müəssisələrinin rəqəmsal monitorinqi – dövlətə məxsus hüquqi şəxslərin büdcə və maliyyə göstəricilərinin, gəlir və xərclərin icrasının monitorinqini və təhlilini aparır;
  • e-azadolma – vergi və gömrük güzəştləri və azadolmaları üzrə reyestrin aparılmasını, eləcə də onların dövlət büdcəsinə təsirinin və səmərəliliyinin qiymətləndirilməsini təmin edir;
  • e-müqavilə – mal, iş və xidmətlərin satın alınması üzrə elektron müqavilələrin bağlanmasını və aidiyyəti üzrə göndərilməsini həyata keçirir;
  • e-mühasibat – mühasibat uçotunun elektron qaydada aparılmasını, maliyyə hesabatlarının tərtib və təqdim edilməsini, habelə mühasibat uçotu üzrə normativ və metodiki məlumatlara çıxışı təmin edir;
  • e-rüsum – dövlət rüsumu üzrə daxilolmaların elektron təqdimatını, uçotunu və monitorinqini həyata keçirir;
  • e-mədaxil – dövlət büdcəsi gəlirlərinin dəqiq və operativ proqnozlaşdırılmasını, həmçinin gəlir axınları üzrə analitik təhlili təmin edir;
  • Elektron ciddi hesabat blankları – təşkilatların və fərdi sahibkarların ciddi hesabat blanklarının elektron qaydada tərtibini, təqdimini və uçotunu aparır;
  • Xəzinədarlığın Rəqəmsal İdarəetməsi – dövlət büdcəsinin kassa icrasını, maliyyə əməliyyatlarının uçotunu, kreditor borclarının ödənilməsini və dövlət vəsaitlərinin mərkəzləşdirilmiş qaydada idarə olunmasını təmin edir;
  • İnzibati Cərimələrin Mərkəzi Avtomatlaşdırılmış Lövhəsi – tətbiq edilmiş inzibati cərimələrə dair məlumatların təhlilini və onların düzgünlüyünə nəzarəti həyata keçirir.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.