• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub

Sentyabr 23, 2025
A A

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 20 sentyabr – Dövlət Suverenliyi Günü və “Konstitutsiya və Suverenlik İli” çərçivəsində Xankəndi şəhərinə mediatur həyata keçirilib. Globalart.az  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, səfər zamanı media nümayəndələri şəhərdəki Konqres Mərkəzi, Biznes Mərkəzi, inşası davam etdirilən Zəfər parkı və Zəfər Muzeyi, Qarabağ Universiteti və digər mühüm obyektlərlə tanış olublar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Şamxal Adıgözəlov media nümayəndələrinə müəssisələr haqqında geniş məlumat verib, onların suallarını cavablandırıb.

Jurnalistlər, həmçinin Mədəniyyət Nazirliyi və Prezidentin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə ilk dəfə keçirilən 20 sentyabr – Xankəndi Şəhər Günü tədbirlərində iştirak ediblər.

Mediatur həm şəhərin müasir siması ilə tanışlıq, həm də Şəhər Günü münasibətilə təşkil olunan mədəni proqramlar baxımından iştirakçılarda unudulmaz təəssüratlar yaradıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 sentyabr tarixi Dövlət Suverenliyi Günü kimi təsis olunub və rəsmi təqvimə daxil edilib.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.