• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Dubayda Dünya Hökumətləri Sammitində əmək bazarı ilə bağlı siyasətlər müzakirə olunub

Fevral 5, 2026
A A

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində növbəti Dünya Hökumətləri Sammiti keçirilir. Tədbirdə dünya ölkələrinin dövlət və hökumət başçıları, yüksəksəviyyəli rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, sammitdə həyati əhəmiyyətli sektorlarda sürətli transformasiyalar və dərinləşən qlobal dəyişikliklərlə bağlı davamlı inkişafın gücləndirilməsi, gələcəyə hazır cəmiyyətlərin qurulması, habelə əmək bazarı ilə bağlı siyasətlər müzakirə olunur.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli sammitin plenar sessiyasında, habelə qlobal tədbir çərçivəsində keçirilən Əməyin Gələcəyi Forumunda iştirak edib.

Forumda texnoloji inkişafla əlaqədar əmək bazarında baş verən sürətli dəyişikliklərə uyğun işçi qüvvəsinin bacarıqlarının artırılaraq gələcəyə hazırlanması, əmək bazarı strategiyalarının rəqəmsal iqtisadiyyatın tələbləri ilə uyğunlaşdırılması məsələləri geniş müzakirə olunub.

Vüsal Nəsirli sammit çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin insan resursları və əmirlikləşmə naziri, ali təhsil və elmi tədqiqat naziri vəzifəsini icra edən Dr. Abdülrəhman əl Avar ilə görüşüb.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərin dinamik və hərtərəfli inkişafından bəhs olunub.

İki ölkə arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğu vurğulanıb.

Ötən il iki nazirlik arasında imzalanmış əməkdaşlıq sənədinin əlaqələrin dərinləşdirilməsində əhəmiyyəti qeyd edilib.

Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.