• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Dünya Bankı ilə energetika sahəsində əməkdaşlıq müzakirə edilib

Yanvar 27, 2026
A A

Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Avropa və Mərkəzi Asiyada infrastruktur üzrə regional direktoru Çarlz Kormiyer, eləcə də Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysla görüşüb.

Globalart.az Azərbaycan Respublikası Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın enerji sektorunda həyata keçirilən mövcud layihələr, yeni əməkdaşlıq imkanları, o cümlədən bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji saxlanc sistemləri, damüstü günəş enerjisi və regional enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb. Dünya Bankı ilə birgə icra olunan AZURE layihəsinin gedişi müzakirə edilib, layihənin bərpa olunan enerji güclərinin elektrik şəbəkəsinə dayanıqlı inteqrasiyası baxımından əhəmiyyəti vurğulanıb. Məlumat mərkəzləri və süni intellektdən gələn tələbat, elektromobillərin artması fonunda elektrik ötürücü və paylayıcı şəbəkələrin modernləşdirilməsi, rəqəmsallaşdırılması və etibarlılığının artırılmasının vacibliyi qeyd edilib.

Həmçinin “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə Dünya Bankı ilə əməkdaşlıq imkanları müzakirə olunub. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və “Gürcüstan-Rumıniya Qara dəniz Sualtı Kabeli” layihələrinin qarşılıqlı əlaqəsi, bu təşəbbüslərin Avropanın enerji təhlükəsizliyinə töhfəsi və regional inteqrasiyada rolu da nəzərdən keçirilib. Azərbaycanın regional enerji təchizatçısı kimi rolunun elektrik enerjisi ilə yanaşı, qaz ixracı üzrə də genişləndirilməsi perspektivlərinə toxunulub. Görüşdə enerji səmərəliliyi sahəsində görülən işlər və bu istiqamətdə gələcək addımlardan da bəhs edilib. İctimai binalarda enerji istehlakının azaldılması üçün mövcud potensial, Enerji Effektivliyi Fondunun fəaliyyəti, eləcə də beynəlxalq təcrübənin tətbiqi imkanları müzakirə olunub. Bu sahədə texniki yardım və bilik mübadiləsinin davam etdirilməsi məqsədəuyğun hesab edilib.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.