• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Dünya Neft Şurası (WPC Energy) ilə əməkdaşlığın inkişafı müzakirə edilib

Yanvar 28, 2026
A A

Energetika naziri Pərviz Şahbazovla Dünya Neft Şurasının (WPC Energy) prezidenti Pedro Miras arasında görüş keçirilib.

Globalart.az Azərbaycan Respublikası Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə qlobal enerji gündəliyində aktual məsələlər, regional enerji layihələri və Azərbaycanın təşkilatla əməkdaşlığının inkişafına dair məsələlər müzakirə olunub.

Nazir Pərviz Şahbazov bildirib ki, Azərbaycan ənənəvi neft və qaz istehsal edən və ixrac edən ölkə olmasına baxmayaraq, enerji keçidi istiqamətində də irəliləyişlərə nail olub. Son illərdə enerji sektorunda genişmiqyaslı islahatlar həyata keçirilib, bu sahədə çoxsaylı normativ-hüquqi aktlar qəbul edilib, bərpa olunan enerji mənbələrinin inkişafına başlanılıb. Qeyd olunub ki, Azərbaycan 2030-cu il üçün bərpa olunan enerji mənbələrinin quraşdırılmış gücdə payının 30 faizə çatdırılmasını hədəfləyib. Hazırda isə bu göstəricinin artıq 2027-ci ilə qədər 33,7 faizə çatdırılması planlaşdırılır. Bu da ölkənin enerji keçidi istiqamətində ciddi irəliləyiş əldə etdiyini göstərir və bu yolun gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Görüşdə regional və beynəlxalq əhəmiyyət daşıyan enerji layihələrinə də diqqət yönəldilib. Mərkəzi Asiya, Türkiyə və Avropanı əhatə edən enerji bağlantıları vahid konsepsiya çərçivəsində qiymətləndirilib. Bildirilib ki, bu layihələr enerji sistemlərinin birləşdirilməsi baxımından ölkələri daha da yaxınlaşdırır və regional enerji təhlükəsizliyinə töhfə verir. Bu layihələrin enerji və rəqəmsal infrastrukturun, həmçinin məlumat mərkəzlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

Dünya Neft Şurasının prezidenti Pedro Miras Azərbaycanın Asiya ilə Avropa arasında açar enerji dəhlizi rolunu xüsusi vurğulayaraq, ölkənin müxtəlif enerji baxışları arasında dialoqu təşviq edən nümunəvi model olduğunu bildirib.

Söhbət zamanı  2026-cı ildə Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçiriləcək “WPC Energy” Konqresində iştirak və təşkilatla əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.