Dünya Robot Olimpiadası 2025-in Azərbaycan finalı start götürür
Bakıda gənclərin texnologiya və innovasiya bacarıqlarını nümayiş etdirdiyi ən böyük yarışlardan biri – Dünya Robot Olimpiadası 2025-in Azərbaycan üzrə final mərhələsi başlayır. Globalart.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, rəsmi açılış mərasimi sentyabrın 26-da saat 15:00-da Milli Gimnastika Arenasında keçiriləcək. Tədbirdə ölkənin müxtəlif bölgələrindən iştirak edən gənc istedadlar robot texnologiyaları sahəsində hazırladıqları layihələri təqdim edəcəklər.
Olimpiadanın əsas məqsədi gənclərin yaradıcı ideyalarını dəstəkləmək, onların elm və texnologiya sahəsində bacarıqlarını inkişaf etdirmək, həmçinin beynəlxalq arenada ölkəmizi təmsil edəcək komandaların seçilməsinə töhfə verməkdir.
Globalart.az