• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Dünyanın oğurlanan ən bahalı 13 tablosu

Dekabr 17, 2025
A A

İncəsənət dünyası, yalnız gözəlliyi ilə deyil, itkin və ya oğurlanmış əsərlərin milyonlarla ölçülən dəyərləri ilə də diqqət çəkir. Bəs, bu nadir və qiymətli əsərlər hansılardır? Globalart.az dünyanın ən çox axtarılan və ən bahalı 13 tablosunu təqdim edir:

1. “Francis Bacon”, Lucian Freud

İtkin olma tarixi: 1988
Təklif olunan mükafat: 132,000 £

Lucian Freudun Francis Bacon portreti çox qəribə bir hekayəyə sahibdir. Adətən sənət oğruları iz buraxır və fidyə gözləyirlər. Amma bu əsər üçün 28 ildən bəri heç bir məlumat və ya şayiə ortaya çıxmayıb. Freud itkin tablo üçün hətta “itkin axtarılır” afişası da hazırlamışdı, amma nəticəsiz qaldı. Berlinin Neue Nationalgalerie muzeyi, əsərin çox güman ki, sənətçinin pərəstişkarları və ya tələbələrindən biri tərəfindən oğurlandığını düşünür.

2. “Le Pigeon Aux Petis Pois”, Pablo Picasso

İtkin olma tarixi: 2010
Təklif olunan mükafat: Naməlum

Paris Şəhər Müasir İncəsənət Muzeyindən oğurlanan bu əsərin, oğru tərəfindən təhlükəsizlik məqsədilə zibil qabına atıldığı ehtimal edilir. Əsərin tapılıb sağlam qalması mümkün olsa da, dəyəri 20 milyon funt-sterlindən aşağı deyil.

3. “Christ in the Storm on the Sea of Galilee”, Rembrandt van Rijn

İtkin olma tarixi: 1990
Təklif olunan mükafat: 3.2 milyon £

Boston’dakı Isabella Stewart Gardner Muzeyindən oğurlanan və ABŞ tarixinin ən böyük sənət oğurluğu olaraq bilinən hadisədə 13 əsər yoxa çıxdı. Bunlardan biri məşhur ustad Rembrandtın əsəri idi. 26 il keçməsinə baxmayaraq FBI hələ də araşdırmasını davam etdirir.

4. “Harlequin Head”, Pablo Picasso

İtkin olma tarixi: 2012
Təklif olunan mükafat: Naməlum

1971-ci ildə Hollandalı Kunsthal Qalereyası tərəfindən alınan bu Picasso əsəri 2012-ci ildə oğurlandı. Hazırda onun taleyi məlum deyil.

5. “View of Auvers-sur-Oise”, Paul Cézanne

İtkin olma tarixi: 2000
Təklif olunan mükafat: Naməlum

Oxford sakinləri minillik bayramlarla məşğul olarkən, oğrular Ashmolean Muzeyinə daxil olaraq bu əsəri oğurladılar. Hazırda əsərin harada olduğu məlum deyil və mükafat haqqında məlumat açıqlanmayıb.

6. “Portrait of a Young Man”, Raphael

İtkin olma tarixi: 1945
Təklif olunan mükafat: Naməlum

16-cı əsrə aid yağlı boya əsər II Dünya Müharibəsinin sonunda itib. Əvvəllər Polşadakı Krakov Çartoryski Muzeyi tərəfindən qorunan tablo, 1939-cu ildə Hitler üçün Berlinə aparılmış və daha sonra Nazi rəsmi Hans Frank tərəfindən ələ keçirilmişdi. Tablo bir daha tapılmadı.

7. “The Just Judges from the Ghent Altarpiece”, Jan Van Eyck

İtkin olma tarixi: 1934
Təklif olunan mükafat: Naməlum

Belçikanın Gent şəhərindəki Aziz Bavo Katedrali üçün hazırlanan bu əsər diqqətlə oğurlanmış və əvəzinə “Versal müqaviləsinə əsasən Almaniya tərəfindən götürülüb” yazılı bir not qoyulmuşdu. Hırsız bir neçə həftə sonra vəfat etdi və tablo onunla birlikdə sirr kimi gömüldü. Hazırda tapılmayıb.

8. “Congregation Leaving the Reformed Church in Nuenen”, Vincent Van Gogh

İtkin olma tarixi: 2002
Təklif olunan mükafat: 870,000 £

Amsterdamdakı Van Gogh Muzeyindən oğurlanan bu əsər, yalnız bir neçə dəqiqədə oğruların əlinə keçdi. Dəyəri indiki bazara görə 25 milyon funt-sterlindən artıq hesab edilir. Polis bir il sonra iki şübhəlini tutdu, amma əsər tapılmadı.

9. “View of the Sea at Scheveningen”, Vincent Van Gogh

İtkin olma tarixi: 2002
Təklif olunan mükafat: 133,000 $

Eyni hırsızlar tərəfindən oğurlanan bu Van Gogh əsərinin də dəyəri 30 milyon dollardan aşağı deyil və tapılmayıb.

10. “Nativity with St Francis and St Lawrence”, Caravaggio

İtkin olma tarixi: 1969
Təklif olunan mükafat: Naməlum

Caravaggio-nun məşhur əsəri, 1969-cu ilə qədər Siciliya, Palermo’dakı San Lorenzo Kilsəsində saxlanılırdı. Əsərin oğurlanmasında yerli mafiyanın əli olduğu düşünülür. Bəzi iddialara görə, əsər bir fermada saxlanmış və heyvanlar tərəfindən zədələnmişdir; daha sonra isə bir mafiya üzvü əsəri 1980-ci illərdə yandırıldığını söyləmişdir.

11. “The Concert”, Johannes Vermeer

İtkin olma tarixi: 1990
Təklif olunan mükafat: 3.2 milyon £

Vermeer-in bu əsəri də Isabella Stewart Gardner Muzeyindən oğurlanan tablolar arasındadır. Dəyəri təxminən 130 milyon £ (507 milyon TL) hesab edilir və tarixdəki ən bahalı oğurluq əsərlərdən biridir.

12. “Poppy Flowers”, Vincent Van Gogh

İtkin olma tarixi: 2010
Təklif olunan mükafat: 175,000 $

2010-cu ildə Qahirədəki Muhammed Mahmud Halil Muzeyindən oğurlanan bu əsər bir neçə saat sonra hırsızlar həbs olunaraq muzeyə qaytarıldığı bildirilmişdi. Lakin bu məlumat sonradan yalanlandı. Əsərin dəyəri 50-55 milyon dollar aralığında qiymətləndirilir.

13. “Landscape with an Obelisk”, Govert Flinck

İtkin olma tarixi: 1990
Təklif olunan mükafat: 5 milyon $

Bəzi mütəxəssislər əsərin Rembrandt-a aid olduğunu düşünürdü, amma əsər əslində onun tələbəsi Govert Flinck-ə məxsusdur.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.