• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

“Eczacıbaşı Holding”in İdarə Heyətinin sədri ilə görüş keçirilib

Fevral 10, 2026
A A

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “Eczacıbaşı Holding” şirkətlər qrupunun İdarə Heyətinin sədri Bülent Eczacıbaşı ilə görüşüb.

Globalart.az Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə strateji əməkdaşlığının bu gün ən yüksək zirvədə olduğu vurğulanıb. Qeyd edilib ki, ölkələrimiz arasında iqtisadi tərəfdaşlıq da yüksələn xətlə inkişaf edir.  Biznes dairələrinin sıx birgə fəaliyyəti qarşılıqlı münasibətlərin daha da dərinləşməsinə, ölkələrimiz arasında ticarətin və investisiya qoyuluşunun artmasına töhfə verir.

“Eczacıbaşı Holding” şirkətlər qrupunun İdarə Heyətinin sədrinə Azərbaycan iqtisadiyyatı, ölkəmizin əlverişli biznes və investisiya mühiti, həmçinin işğaldan azad olunmuş ərazilərin işgüzar potensialı, sərmayədarlar üçün yaradılan imkanlar haqqında məlumat verilib.  

Görüş zamanı ölkələrimizin biznes sahəsində əməkdaşlığı, xarici investorlar üçün əlverişli biznes şərtləri və şirkətin səhiyyə, sənaye, maliyyə, informasiya texnologiyaları və digər sahələr üzrə Azərbaycanda potensial fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Eczacıbaşı Holding” Türkiyənin səhiyyə, tikinti  materialları, istehlak malları, təbii resurslar, maliyyə və informasiya texnologiyaları sahələrində fəaliyyət göstərən şirkətlər qrupudur. 1942-ci ildə təsis edilmiş qrupa 50-dən çox şirkət daxildir. Şirkət 120-dən çox ölkədə fəaliyyət göstərir.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.