• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Ədliyyə naziri BƏƏ-də

Noyabr 27, 2025
A A

Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ədliyyə naziri Abdullah bin Sultan bin Avad əl-Nuaimi ilə görüşüb.

Bu barədə Globalart.az-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüş çərçivəsində iki ölkə arasında ədliyyə sahəsində münasibətlərin inkişafı üçün mövcud olan hüquqi bazanın əhəmiyyəti diqqətə çatdırılıb. Ədliyyə nazirlikləri arasında anlaşma memorandumunun icrasını dəstəkləyəcək yeni əməkdaşlıq proqramının imzalanması müzakirə edilib, bu sənədin hüquqi əməkdaşlığın genişləndirilməsinə əlavə töhfə verəcəyi bildirilib.

Azərbaycan tərəfi ədliyyə sistemində rəqəmsallaşma və süni intellektin tətbiqinin genişləndirilməsi, xidmətlərin operativliyi və səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən bəhs edib və bu sahədə ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsində maraqlı olduğunu ifadə edib.

Ölkələr arasında hüquqi əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin, eləcə də təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Fərid Əhmədov, həmçinin BƏƏ-nin Baş nazirinin müavini və daxili işlər naziri Şeyx Seyf bin Zayed Əl Nəhyan ilə də görüş keçirib. Görüş çərçivəsində tərəflər arasında cinayətkarlıqla mübarizə sahəsində qarşılıqlı ekstradisiyanın həyata keçirilməsi istiqamətində faydalı əməkdaşlığın olduğu vurğulanıb. Həmçinin tərəflər əməkdaşlıq perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.