• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Əlilliyi olan gənclərlə bağlı yeni sosial layihəyə start verilib

Fevral 4, 2026
A A

DOST və Dövlət Məşğulluq agentlikləri birgə əməkdaşlıq çərçivəsində yeni sosial layihəyə başlayıb.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədrinin müavini Aygün Musayeva jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, məqsəd əlilliyi olan gənclərin potensialının və onların şəxsi bacarıqlarının inkişafı, məşğulluq imkanlarının genişləndirilməsidir: “Artıq layihə çərçivəsində ali təhsil müəssisələrində təhsil almış və almaqda olan əlilliyi olan şəxslər məlumatlandırılıblar. Onlar şəxsi bacarıqlarının inkişafı istiqamətində təlimlərə cəlb olunublar”.

Aygün Musayeva vurğulayıb ki, DOST Agentliyi son illər tətbiq edilmiş ən mühüm sosial islahat kimi səciyyələndirilir. “Agentlik əlilliyi olan gənclərin sosial rifahının yüksəldilməsi, onların cəmiyyətə inteqrasiyası ilə bağlı əhəmiyyətli layihələr həyata keçirməkdədir. DOST Agentliyi gənclərlə bağlı bir çox layihələr də reallaşdırır. Agentlik 6 ildir ki, “Könüllü dost” layihəsini həyata keçirir. Yaşı 14-dən çox olan şəxslər müxtəlif istiqamətlərdə könüllülük fəaliyyətinə cəlb edilirlər. Ümumilikdə indiyədək 180 minə yaxın gənc DOST Agentliyinə, 7 min gənc isə könüllülük fəaliyyətinə cəlb olunub, 300-ə yaxın gənc işlə təmin edilib, – deyə o diqqətə çatdırıb.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.