• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Elm və təhsil naziri Bakı Türk Anadolu Liseyinin yeni binasının açılış mərasimində iştirak edib

Sentyabr 22, 2025
A A

Sentyabrın 22-də elm və təhsil naziri Emin Əmrullayev ilə Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin Bakı Türk Anadolu Liseyinin yeni binasının açılış mərasimində iştirak edib.

Globalart.az Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, tədbir Azərbaycan və Türkiyə Respublikasının Dövlət himnlərinin səsləndirilməsi  ilə başlayıb və ardınca milli folklor proqramı təqdim edilib.
Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün çıxışında Azərbaycan–Türkiyə münasibətlərinin qardaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın uzunmüddətli perspektivdə regionun intellektual inkişafına mühüm töhfə verdiyini qeyd edib. Səfir yeni tədris binasının istifadəyə verilməsini bu strateji əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndirib.
Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin çıxışında təhsilin xalqlar arasında birliyi gücləndirən ən vacib amillərdən biri olduğunu bildirərək Azərbaycan və Türkiyənin birgə təhsil layihələrinin davamlı şəkildə genişləndiyini diqqətə çatdırıb. Nazir gənclərin müasir bilik və bacarıqlara yiyələnməsini dəstəkləyən birgə proqramların gələcəkdə daha da inkişaf etdiriləcəyini deyib.
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev isə çıxışında iki ölkə arasında təhsil sahəsində qarşılıqlı etimad və dəstəyin ildən-ilə gücləndiyini qeyd edib, Bakı Türk Anadolu Liseyinin yeni binasının bu əməkdaşlığın davamlı xarakter daşıdığını göstərən mühüm bir addım olduğunu bildirib. Nazir hər iki ölkə başçısının elm və təhsil sahəsində əməkdaşlığın inkişafına verdikləri dəstəyi xüsusi vurğulayıb.
Mərasim çərçivəsində xatirə ağacı əkilib, simvolik lentkəsmə mərasimi baş tutub və qonaqlar yeni tədris binası ilə yaxından tanış olublar.

 

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.