• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Əmək bazarında yaranan dəyişikliklər peşə ixtisaslı kadr hazırlığının təkmilləşdirilməsi zərurətini yaradır

Fevral 20, 2026
A A

Elm və Təhsil Nazirliyində “Peşə təhsili üzrə ixtisasların təsnifatı”nın yenilənməsi məqsədilə yaradılmış İşçi qrupunun ilk iclası keçirilib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə son illərdə peşə təhsili sahəsinə ali səviyyədə göstərilən diqqət, aparılan sistemli islahatlar və nəticədə peşə təhsilinin əhatəliliyinin genişlənməsi ilə bağlı məlumatları iştirakçıların diqqətinə çatdırıb. Yerli və qlobal əmək bazarında baş verən dinamik dəyişikliklərin və peşə ixtisaslı kadr hazırlığının da bu dəyişikliklərə uyğun olaraq təkmilləşdirilməsi zərurətindən danışan nazir müavini mövcud “Peşə təhsili üzrə ixtisasların təsnifatı” sənədinin də yenilənməsinin vacib olduğunu qeyd edib.

Daha sonra təqdimatla çıxış edən nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva hazırda peşə təhsili müəssisələrinə tələbə qəbulu üçün baza sənəd olan “Peşə təhsili üzrə ixtisasların təsnifatı”nın strukturu, təsnifatın yenilənməsini zəruri edən faktorlar və yeni təsnifat layihəsi ilə bağlı görülmüş işlərdən danışıb. Səbinə Babayeva İşçi qrupun üzvlərinə yeni təsnifat layihəsini təqdim edərək layihənin hazırlanmasında əsas götürülmüş prinsiplər, yanaşmalar və təklif olunan struktur, eləcə də İşçi qrupun üzvlərindən gözləntilər barədə məlumat verib.

Daha sonra aidiyyəti qurumların nümayəndələrinin təklifləri dinlənilib.

İclas müzakirə formatında davam etdirilib.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.