Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti keçiriləcək
A
A
Yanvarın 23-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar kollektiv, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 95 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində konsert proqramı təqdim olunacaq.
Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, konsertdə orkestrin bədii rəhbəri və baş dirijoru, Prezident mükafatçısı Mustafa Aşurovun idarəçiliyi ilə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrinin əsərləri səsləndiriləcək.
Proqramda klassik ənənələrə əsaslanan, eyni zamanda müasir yanaşma ilə işlənmiş musiqi nümunələri yer alacaq. Konsertdə orkestrin zəngin repertuarını əks etdirən əsərlərlə yanaşı, yeni aranjimanlar da təqdim ediləcək.
Konsertin biletlərini şəhərin kassalarından əldə edə bilərsiniz.
Globalart.az